Küçəyə çıxma qadağası bu rayonlara da şamil olundu - Həftə sonunda

19:16 - 9.06.2020


9 iyun, Fineko/abc.az.  Nazirlər Kabineti yanında Operativ Qərərgah brifinq keçirir.

ABC.AZ xəbər verir ki, brifinqdə  həftə sonu küçəyə çıxma qadağası ilk dəfə Kürdəmir, Yevlax və Salyan rayonlarına da aid edilib. Brifinqdə bildirilib ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).

 

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək  Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.