16:01 - 2.06.2020
2 İyun, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 121 milyard kubmetr təbii qaz hasil olunb.
ABC.AZ-ın məlumatına görə, bu barədə BP-nin “2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatı”ndakı icmalında qeyd olunub.
İlk hasilat başlandığı dövrdən bu vaxtadək yataqdan 28 milyon ton kondensat çıxarılıb. Bu ilin yanvar-mart aylarında “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə 4,7 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,7 milyon barrel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdən çoxdur. 2018-ci il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edir. Yatağın işlənməsinin ikinci mərhələsi üzrə, yəni “Şahdəniz-2”də hasilat və sonrakı tədrici artım üçün ümumilikdə 17 quyu qazılıb və bunlardan 16-sı tamamlanıb.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026