10:34 - 21.05.2020
21 may, Fineko/abc.az. 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 12,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən ABC.AZ-a daxil olmuş məlumatda bildirilir ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 11 min ton çox olub.
Sözügedən dövrdə hasil edilmiş neftin (kondensatla birlikdə) 8,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 2,5 milyon ton təşkil edib.
Müəllif: Elmir Murad
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026