10:29 - 23.04.2020
23 aprel, Fineko/abc.az. Xüsusi karantin rejiminin pozulmasına görə 22.04.2020-ci il saat 00:00-dan 23.04.2020-ci il 00:00-dək olan müddət ərzində ölkənin avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1208 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 36364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Müəllif: Elmir Murad