15:33 - 20.04.2020
20 aprel, Fineko/abc.az. “Azərkosmos” ASC bu ilin yanvar-mart ayları ərzində telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə ümumi 20 milyon manat həcmində gəlir əldə edib. Bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 33 faiz çoxdur.
Bu barədə ABC.AZ-a ASC-dən məlumat verilib.
Qeyd olunur ki, gəlirin 88 faizi peyk xidmətlərinin ixracından əldə olunub.
“Azərkosmos” 24 ölkəyə peyk xidmətlərinin ixracını həyata keçirib və bu ölkələr arasında ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya və Birləşmiş Ərəb Əmirlikləri üstünlük təşkil edir.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026