18:11 - 14.04.2020
14 aprel, Fineko/abc.az. Bakı Gəmiqayırma Zavodunda ukraynalı mühəndislərin layihəsinə əsasən tikilən - “Laçın” tankeri dünyanın ən yaxşı 50 gəmisi sırasına daxil edilib.
ABC.AZ Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, “Laçın” tankeri Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) versiyasına görə, 2019-cu ildə dünyanın ən yaxşı 50 mülki gəmisi sırasına daxil olub.
Qeyd edək ki, “Laçın” tankeri ötən il dekabrın 13-də istismara verilib.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026