10:40 - 14.04.2020
14 aprel, Fineko/abc.az. “Apple” şirkəti payızda dörd fərqli smartfon təqdim etməyi planlaşdırır.
ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, söhbət 5G texnologiyasına malik dörd yeni smartfondan gedir.
Bununla yanaşı şirkər “Pro” modellərinin dizaynını yeniləməyi də planlaşdırır. Belə ki, bundan sonra “Pro” modellərdə 3-D LİDAR sistemi, arxa panelə üç kamera və daha geniş ekran əlavə ediləcək. Həmçinin şirkət “iPhone11” modelinin yerinə satışa iki daha ucuz model çıxaracaq.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026