16:12 - 12.02.2020
12 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları qanunsuz fəaliyyət göstərən müəssisə aşkarlayıb.
ABC.AZ AQTA-ya istinadən xəbər verir ki, müəssisə Hövsan qəsəbəsi, Məktəbli küçəsi 43 ünvanında yerləşən fiziki şəxş Rəhimov Məsud Akif oğluna məxsus quş kəsimi sexidir.
Yoxalama zamanı müəssisədə sanitar-gigiyenik norma və qaydalara əməl olunmadığı aşkarlanıb, quşların baytarlıq müayinəsindən keçirilmədiyi müəyyən olunub.
Qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və sexin fəaliyyəti dayandırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026