17:27 - 24.01.2020
24 yanvar, Fineko/abc.az. Bundan sonra Bakıda ümumi sahəsi təqribən 1 milyon kvadratmetr olan tikinti obyektləri inşa oluna biləcək.
ABC.AZ xəbər verir ki, belə icazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilib.
Bunu yanvarın 24-də ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib: “Komitənin sərəncamları ilə 2019-cu il ərzində təsdiq olunmuş və ölkə üzrə tikintiyə icazələrin verilməsi üçün əsas olan 371 şəhərsalma əsaslandırılması ilə inşası nəzərdə tutulan tikinti obyektlərinin yerüstü mərtəbələrinin ümumi sahəsi 4 milyon 647 min 211 kvadratmetrdir. Bu sahənin 2 milyon 520 min 808 kvadratmetr hissəsini mənzillər təşkil edəcək”.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026