16:56 - 25.12.2019
25 dekabr, Fineko/abc.az. Yanvar-noyabr aylarında emal sənayesində 10 milyard 609 milyon manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 55,7 faiz, içki istehsalında 40 faiz, qida məhsullarının istehsalında isə 10,4 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından kolbasa məmulatları 47,7 faiz, qənd və şəkər tozu istehsalı 37,8 faiz, qaymaq və xama istehsalı 22,6 faiz, cem və marmeladların istehsalı 11 faiz, alkoqolsuz içkilərin istehsalı 12,5 faiz artıb.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026