15:54 - 1.10.2019
1 oktyabr, Fineko/abc.az. Son illərdə ipoteka kreditləşməsi sahəsində yaranmış sağlam rəqabət nəticəsində müvəkkil banklar tərəfindən əhaliyə daha aşağı faizlərlə ipoteka kreditləri təklif olunmaqdadır.
Bu barədə ABC.AZ-ın sorğusuna cavabında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan bildiriblər.
Fonddan sorğumuza verilən cavabda qeyd olunub ki, bunun nəticəsində adi ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin 8% olmasına baxmayaraq, 2017-2019-cu illərdə verilmiş adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,3 % təşkil edib. O da bildirilib ki, ipoteka kreditləşməsinin daha çox inkişaf etdiyi qonşu ölkələrdə Azərbaycanla müqayisədə ipoteka kreditləri üzrə faiz dərəcələri daha yüksəkdir. Belə ki, Rusiyada ipoteka kreditləri üzrə faiz dərəcələri 9-10%, Qazaxıstanda 12-14%, Türkiyədə isə 12% təşkil edir.
Müəllif: Elmir Murad
29 İyul 2026
27 İyul 2026