10:19 - 21.06.2019
21 iyun, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsi aşağıdakı işlərin görülməsi və malların satın alınması məqsədilə açıq tender elan edir.
Tender 2 lot üzrə keçirilir: Gəncə Şəhər Baş Polis İdarəsində generatorların, qazanxana avadanlıqlarının, havalandırma və soyutma sistemlərinin texniki baxışı və təmiri işlərinin satın alınması; Dəftərxana və təsərrüfat mallarının satın alınması.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 24 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 1 avqust 2019-cu il saat 17.00-a qədər Gəncə şəhəri, DİN-in Gəncə Şəhər Baş Polis İdarəsinə təqdim etməlidirlər.
Əlaqələndirici şəxs- Polad Fərəcov. Tel.: (994 50) 346 50 11.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026