12:30 - 7.03.2019
7 mart, Fineko/abc.az. 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri - iş günü olacaq. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.