11:17 - 13.11.2026
13 noyabr, Fineko/abc.az. 16 noyabr 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun (İKZF) AZ2117008683 İSİN kodlu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək aparılacaq.
BFB-nin məlumatına görə, emissiya həcmi 50 milyon manat, bir istiqrazın nominal və hərrac qiyməti isə 1 000 manat təşkil edir. Tədavül müddəti 7 560 gün (21 il) olan qiymətli kağızlar üzrə illik faiz dərəcəsi 3%, kupon ödənişi dövriliyi isə 180 gündən bir (6 aydan bir) müəyyən edilib.
Yerləşdirmənin anderrayteri “İnvest-Az İnvestisiya Şirkəti” QSC-dir.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026