İranın neft ixracı kəskin düşdü — Enerji bazarlarında ABŞ blokadası

14:45 - 6.11.2026


6 Noyabr, Fineko/abcnews. ABŞ dəniz blokadası altında İranın neft ixracı demək olar ki, tamamilə dayanıb.

"FGE NexantECA" konsaltinq şirkətinin sədri Fereydun Feşaraki "Bloomberg"ə müsahibəsində bildirib ki, hazırda İraq üzərindən bazara günə cəmi 200–300 min barel İran nefti çatdırılır.

"Bloomberg"in gəmi izləmə məlumatlarına əsasən, sentyabr və oktyabr aylarında İran tankerlərinə xam neft yüklənməyib. Bu, fevral ayında başlayan hərbi əməliyyatlardan sonra ilk belə haldır. Əvvəllər İran neftinin əsas alıcısı Çinin müstəqil neft emalı zavodları olsa da, dəniz blokadası və sanksiyalar səbəbindən noyabrın sonuna qədər Tehranın neft gəlirlərinin tamamilə kəsiləcəyi gözlənilir.