Çin dizel ixracını azaltmağı planlaşdırır

10:03 - 6.11.2026


6 Noyabr, Fineko/abcnews. Çinin dövlət neft emalı zavodlarının (NEZ) daxili ehtiyatların məhdudluğu səbəbindən bu ay dizel ixracını kəskin azaltması gözlənilir.

"Energy Aspects" konsaltinq şirkətinin hesablamalarına görə, noyabr ayı üzrə dizel tədarükü proqnozu 400 min ton azaldılaraq 580 min tona endirilib.

Məhdudiyyət daxili tələbat zəifləyəcəyi təqdirdə yumşaldıla bilər. Əlavə ixrac kvotalarının ayrılmasına baxmayaraq, Çin hakimiyyət orqanları aylıq tədarüklərə nəzarəti sərtləşdirib. Bununla yanaşı, benzin və aviasiya yanacağı ixracı ilə bağlı proqnozlar dəyişməz olaraq qalır – müvafiq olaraq 780 min ton və 2,21 milyon ton səviyyəsində.