09:27 - 6.11.2026
6 noyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri əvvəlki ticarət sessiyasının yekunlarına görə artımdan sonra cümə günü də yüksəlməkdə davam edir, lakin həftənin yekunlarına əsasən əhəmiyyətli dərəcədə mənfidə qalır.
Saat 09:23-ə olan məlumata görə, ICE Futures birjasında "Brent" markalı neftin yanvar fyuçersləri 1,21 dollar (1,23%) bahalaşaraq bir barrel üçün 99,50 dollar təşkil edib. 5 noyabr ticarətinin yekunlarına görə, bu müqavilələrin dəyəri 3,67 dollar (3,88%) artaraq bir barrel üçün 98,29 dollara yüksəlmişdi.
Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin dekabr fyuçersləri saat 09:23-ə qədər 0,77 dollar (0,85%) bahalaşaraq bir barrel üçün 91,29 dollar olub. 5 noyabr ticarətinin yekunlarına görə, bu müqavilələrin dəyəri 2,40 dollar (2,72%) artaraq bir barrel üçün 90,52 dollara çatmışdı.
Cari həftənin yekunlarına əsasən, hər iki marka 12%-dən çox ucuzlaşıb.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026