Azərbaycan şirkəti İtaliyanın yanacaq şəbəkəsinə nəzarət etməyə başlayıb

10:23 - 5.11.2026


5 noyabr, Fineko/abc.az. Dövlət şirkəti xaricdə yalnız hasilatla kifayətlənməyərək emal və logistika aktivlərini də portfelinə əlavə edib.

SOCAR 2026-cı ilin may ayında İtaliyanın “API Holding” şirkətindən “Italiana Petroli”nin 99,82%-lik səhm nəzarət paketinin satın alınması əməliyyatını yekunlaşdırıb.

Bununla dövlət şirkəti İtaliyada iki neft emalı zavoduna, iri saxlama və logistika obyektlərinə, habelə ölkə üzrə 4 600-dən çox yanacaqdoldurma məntəqəsindən ibarət geniş pərakəndə satış şəbəkəsinə yiyələnib.