Dünya bazarında "Azeri Light" neftinin qiyməti 106,81 dollara düşüb

10:11 - 5.11.2026


5 Noyabr, Fineko/abcnews. Dünya əmtəə birjalarında Azərbaycanın etalon xam nefti olan "Azeri Light" (CIF) markalı neftin bir barelinin qiymətində kəskin azalma qeydə alınıb. Son hərracların yekunlarına əsasən, "Azeri Light" neftinin qiyməti 6,64  dollar və ya 5,85% geriləyərək 106,81 dollar səviyyəsində qərarlaşıb.

Qlobal neft qiymətlərindəki bu dinamika ABŞ-da keçirilən aralıq seçkilərindən sonra birjalarda yaranan ümumi ucuzlaşma meylləri və valyuta bazarlarındakı dəyişikliklərlə müşayiət olunub.

Məlumat üçün bildirək ki, "Azeri Light" markalı xam neftin tarixdə qeydə alınmış ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) hesaba alınıb.