12:07 - 26.10.2026
26 oktyabr, Fineko/abc.az. “Expressbank” dörd əmanət məhsulu üzrə maksimal illik faiz dərəcələrini aşağı salıb.
Bankın “Extra Rəqəmsal depozit” məhsulu üzrə maksimal illik faiz dərəcəsi 10%-dən 9,5%-ə, “Klassik əmanət” üzrə isə 11%-dən 10,5%-ə endirilib.
Bununla yanaşı, “Mücrü” əmanəti üzrə maksimal illik faiz dərəcəsi 10%-dən 9,5%-ə, “Əlavə fürsət” məhsulu üzrə isə 9,5%-dən 9%-ə salınıb.
Beləliklə, hər dörd məhsul üzrə maksimal illik faiz dərəcəsi 0,5 faiz bəndi azaldılıb. Qeyd edək ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə indiki adını alıb. Bankın nizamnamə kapitalı 112,545 milyon manatdır. Səhmlərinin 48,8%-i “Azenco Group”a, 30,8%-i “Enerqoservis” MMC-yə, 20%-i Hafiz Seyidova, 0,4%-i isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur. ©Plat.az
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026