11:39 - 27.10.2026
27 oktyabr, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir.
Bu barədə Aərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 9.5% artmışdır.
Ödəniş kartlarında debet kartlarının sayı 11.0% artmış, kredit kartlarının sayı isə 3.9% azalmışdır. Debet kartlarının tərkibində sosial kartlar 3 435 min ədəd, əməkhaqqı kartları 3 091 min ədəd, digər debet kartları 14 827 min ədəd təşkil edib.
İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.7% artmışdır. 2026-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,977 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,755 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,220 mln. manatı POS-terminallar, 2 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026