Onlar üçün vaksinlərə 8,3 milyon manat xərclənəcək

17:24 - 22.10.2026


22 oktyabr, Fineko/abc.az. Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhiyyənin Təminat Mərkəzi uşaqlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə 6 valentli vaksinlər alır.

Qurum bununla bağlı “Epidbiomed” MMC ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, şirkətə 8 milyon 334 min 340 manat ödəniş ediləcək.

Qeyd edək ki, layihə 2023–2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı çərçivəsində həyata keçirilir.