11:19 - 20.10.2026
20 oktyabr, Fineko/abc.az. Azərbaycanda ətraf mühitin qorunması məqsədilə polietilen torbaların pullu satışına başlanılmasından üç ildən çox vaxt keçməsinə baxmayaraq, bu məhsulların istehsalında yenidən kəskin artım müşahidə olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–sentyabr aylarında ölkədə 13,99 min ton polietilendən kisə və çanta istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% çoxdur.
Digər plastik kütlələrdən hazırlanan kisə və çantaların istehsalı da 15,7% artaraq 6 523,9 tona yüksəlib və beləliklə, hər iki kateqoriya üzrə ümumi istehsal 20,5 min tona çataraq ötən ildən 18,9% çox olub.
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026