BTC kəməri ilə neft nəqli 8,3% azalıb — 9 ayın nəticələri

14:39 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə nəql olunan neftin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8,3% azalaraq 18 milyon 856,8 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycan üzrə ümumi neft nəqletməsinin 76,6%-i məhz BTC kəmərinin payına düşüb.

Dövr ərzində BTC ilə nəql edilmiş neftin 82%-ini (15 milyon 456,1 min ton) Azərbaycanda hasil edilən neft, 18%-ini (3 milyon 400,7 min ton) isə tranzit qaydada Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.