15:50 - 13.10.2026
13 oktyabr, Fineko/abc.az. Azərbaycan və Özbəkistan Mərkəzi Bankları arasında qarşıda duran çağırışlar müzakirə edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında yazıb.
AMB sədri bildirib ki, Daşkənd şəhərinə işgüzar səfər çərçivəsində Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetovla görüşüb:
"Görüşdə hər iki ölkədə mövcud makroiqtisadi vəziyyət, qarşıda duran çağırışlar və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirələr apardıq. Mərkəzi banklar arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğumuzu bildirərək qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və əlaqələrin daha da dərinləşdirilməsi perspektivlərini nəzərdən keçirdik".
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026