"Azərmaş Group" 10 milyon manatlıq istiqrazlarını yerləşdirir — İllik gəlirlilik 13%

11:38 - 13.10.2026


13 Oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərmaş Group” MMC-nin 10 milyon manat həcmində istiqrazlarının kütləvi hərrac üsulu ilə ticarətə buraxılması üçün "Ticarətə İcazə" verilib. Qiymətli kağızların yerləşdirilməsi üzrə rəqabətli hərrac 15 oktyabr 2026-cı il tarixində keçiriləcək. Emissiya prospektinin qüvvədəolma müddəti 21 oktyabr 2026-cı il tarixində başa çatır.

Qeyd olunur ki, istiqrazların nominal dəyərinin 60%-i İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən zəmanətləndirilib. Həmçinin, emitent tərəfindən istiqrazların tədavül müddətinin 27, 30, 33 və 36-cı aylarında hər dəfə 2.5 milyon manat olmaqla mərhələli geri satın alınması hüququ nəzərdə tutulub.

Emissiyanın əsas parametrləri:

  • Emissiya həcmi: 10,000,000 manat
  • İstiqraz sayı: 10,000 ədəd
  • Nominal qiymət: 1,000 manat
  • İllik gəlirlilik: 13%
  • Tədavül müddəti: 3 il (36 ay)
  • Kupon ödəniş dövrü: Hər 3 aydan bir
  • Zəmanət: Nominalın 60%-i miqdarında İKZF zəmanəti
  • Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC