Bu Universitet üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək

11:05 - 6.10.2026


6 oktyabr, Fineko/abc.az. Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksi tikiləcək.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma elan edib.

Satınalmanın ehtimal olunan qiyməti 1 071 046,67 manat təşkil edir.

Layihə çərçivəsində universitetin tələbələri üçün 1000 yerlik yataqxana kompleksinin tikintisinə dair layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.