Avropa İttifaqıdan  9 oyun şirkətinə qarşı təhqiqat — “Candy Crush” və “Minecraft” da siyahıdadır

16:57 - 1.10.2026


1 Oktyabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Komissiyası və İstehlakçıların Müdafiəsi Əməkdaşlığı (CPC) şəbəkəsi "Candy Crush Saga", "Minecraft" və "Clash of Clans" kimi məşhur oyunlarda virtual valyuta ilə edilən alış-verişlərin istehlakçı hüquqlarına uyğunluğunu yoxlamaq üçün 9 iri oyun şirkətinə qarşı koordinasiyalı təhqiqat başladımışdır.

Təhqiqatlar çərçivəsində oyun daxili valyutaların real pul qarşılığının şəffaf göstərilməsi, oyunçuların lazımindan artıq virtual pul almağa yönləndirilməməsi, 14 günlük imtina hüququ və xüsusilə uşaqların qorunması tələbləri qiymətləndiriləcək.

Təhqiqat "Crytek", "InnoGames", "King", "Mojang", "Plarium Europe", "PLR Worldwide Sales", "Riot Games", "Supercell" və "Ubisoft" şirkətlərini əhatə edir. Paralel olaraq, "Activision Blizzard UK" şirkətinin "Diablo Immortal" və "Call of Duty Mobile" oyunları üzrə fərdi məlumatlar və asılılıq yaradan dizaynlarla bağlı ayrı-ayrı araşdırma aparılır.