12:08 - 30.09.2026
30 sentyabr, Fineko/abc.az. Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün vergi qanunvericiliyində dəyişikliklərin edilməsini təklif edib.
Deputat bildirib ki, bələdiyyələrin topladığı əmlak vergisi daxilolmalarını artırmaq üçün təxminən 500 min sənədsiz fərdi evin dövlət qeydiyyatına alınması və onlara çıxarışların verilməsi sürətləndirilməlidir.
Hazırda mülkiyyət sənədi olmadığı üçün həmin evlərin sahibləri əmlak vergisi ödəmir.
Siyavuş Novruzov həmçinin vergi dərəcələrində fiziki və hüquqi şəxslərə fərqli yanaşmanın tətbiq edilməsinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, kommunal xidmətlərdə hüquqi şəxslər üçün tariflər fiziki şəxslərlə müqayisədə üç dəfə yüksək olsa da, bələdiyyə vergilərində hər iki kateqoriya üçün eyni məbləğ nəzərdə tutulub ki, bu da bələdiyyə büdcələrinin artmasına mane olur.
Bununla yanaşı, deputat bələdiyyələrin yaradılmasından 27 il keçməsinə baxmayaraq mülkiyyət xəritələrinin hələ də təqdim edilmədiyini diqqətə çatdıraraq, xüsusilə yeni Dövlət Proqramı çərçivəsində ərazilərin dəqiqləşdirilməsi və xəritələrin verilməsi məsələsinin həllinin vacibliyini qeyd edib.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026