Neft bahalaşır: Brent bir barel üçün 107,27 dollara çatdı

10:01 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Çərşənbə axşamı ticarət əməliyyatlarında etalon markalı neft qiymətləri yüksəlir.

Saat 09:58-ə olan məlumata görə, ICE Futures Europe birjasında Brent neftinin noyabr fyuçersi 1,99 dollar (1,89%) bahalaşaraq bir barel üçün 107,27 dollar təşkil edib. Sentyabrın 28-də keçirilən ticarət sessiyasının yekunlarına əsasən, müqavilənin qiyməti 0,96 dollar (0,92%) artaraq bir barel üçün 105,28 dollara çatmışdı.

New York Mercantile Exchange (NYMEX) birjasında WTI neftinin noyabr fyuçersi saat 09:58-ə qədər 1,49 dollar (1,61%) dəyər qazanaraq bir barel üçün 94,09 dollara yüksəlib. Sentyabrın 28-də baş tutan ticarətin nəticələrinə görə isə müqavilənin qiyməti 0,19 dollar (0,21%) artaraq bir barel üçün 92,60 dollar təşkil etmişdi.