10:09 - 21.09.2026
21 sentyabr, Fineko/abc.az. Bakıda hər yeni tədris ili gələndə dəyişməyən bir mənzərə var: hazırlıq kurslarının qarşısındakı sıxlıq və durmadan artan qiymətlər.
Şagirdlərin məktəb təhsilindən lazımi bilik ala bilməməsi səbəbindən valideynlər üçün kurslar sadəcə bir seçim deyil, məcburi ehtiyaca çevrilib. Lakin bu bazar günü bazarı xatırladan kurslar arasında qiymətlər kəskin fərqlənsə də, təklif olunan təhsilin keyfiyyəti heç də hər zaman verilən pullara cavab vermir.
İqtisadi baxımdan nisbətən uyğun sayılan “EN Academy” və “Tagiyev Academy” kimi mərkəzlərdə tək fənn üzrə dərslər aylıq 45–60 manat aralığında təklif olunur. Lakin aşağı qiymət çox vaxt sıxlıq təşkil edən siniflər və təcrübəsiz müəllim heyəti riskini də bərabərində gətirir. Müqayisə üçün, orta qiymət seqmentində yer alan “Kainat Tədris Mərkəzi”, “Şans Academy” və “Bir İnci Academy” kimi mərkəzlərdə fənn üzrə aylıq ödəniş 70–110 manat arasında dəyişir. Bura bütün fənlər üzrə hazırlığı əlavə etdikdə, ailə büdcəsinə düşən yük kəskin şəkildə artır.
Geniş reklam kampaniyaları və “brend” adı ilə seçilən mərkəzlərdə isə vəziyyət daha ağırdır.
“Edu Company” və “Dəniz Academy”də kompleks paketlər 145–220 manata başa gəldiyi halda, “Kaspi Tədris Mərkəzi” və fərdi xüsusi proqramlar təqdim edən “Center Academy”də bu rəqəm aylıq 200–350 manata qədər yüksəlir. Bir evdə iki abituriyentin olduğunu nəzərə alsaq, bu, ölkədəki orta aylıq əməkhaqqını xeyli aşan absurd bir maliyyə yükünə çevrilir.
Ən böyük tənqid obyekti isə bu qiymətlərin necə formalaşmasıdır. Çünki yüksək qiymət hər zaman yüksək qəbul faizi və ya fərdi yanaşma demək deyil. Çox vaxt ticarət obyekti kimi fəaliyyət göstərən bu kurslar abituriyentləri sadəcə sınaq imtahanı maşınına çevirir, amma analitik düşüncə və təməl bilik verməkdə aciz qalır.
Nəticədə isə məktəblərin zəifləməsindən fürsət kimi istifadə edən kurslar böyük biznes şəbəkəsinə çevrilir, valideynlər isə övladının gələcəyi naminə bu böyük xərc tələsinə düşməyə məcbur qalırlar.
Müəllif: Elmir Muradov
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026