15:33 - 15.09.2026
15 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının keçirdiyi cari nəzarət tədbirləri zamanı “TAHK” MMC-də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) qanunvericiliyinin tələblərinin pozulduğu aşkarlanıb.
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə şirkətin daxili nəzarət proqramını tam tətbiq etmədiyi üçün vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi əsasında 2 min manat məbləğində cərimələnib.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 500 min 20 manat olan və 2019-cu ildən fəaliyyət göstərən “TAHK” MMC Nizami rayonunda yerləşir və şirkətin qanuni təmsilçisi Emin Mehtiyevdir.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026