12:34 - 14.09.2026
14 Sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin 11 sentyabr 2026-cı il tarixli qərarı ilə "GL" ASC-nin ümumi dəyəri 1 000 000 manat olan istiqrazlarının ticarətə buraxılması üçün "Ticarətə İcazə" verilmişdir.
Qiymətli kağızların kütləvi təklif üsulu ilə birqiymətli hərrac vasitəsilə yerləşdirilməsi 18 sentyabr 2026-cı il tarixində keçiriləcəkdir. Anderrayter funksiyasını "İnvest-AZ İnvestisiya Şirkəti" QSC yerinə yetirir.
Emissiya şərtlərinə əsasən, hərraca nominal qiyməti 100 manat olan 10 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz çıxarılır. Qiymətli kağızların tədavül müddəti 7 il, illik gəlirliliyi isə 15% təşkil edir. Faiz ödənişləri hər ayda bir dəfə (hər ay 30 gün qəbul edilməklə) həyata keçiriləcəkdir. İntellektual mülkiyyət və emissiya prospekti BFB-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026