16:06 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin birinci yarısında Azərbaycan İtaliyaya 3,74 milyon ton neft tədarük edərək bu ölkənin ikinci ən böyük xammal təchizatçısı olub.
Bu dövrdə Azərbaycanın ümumi tədarük həcmi illik müqayisədə 26,2% azalsa da, ölkənin İtaliyanın ümumi neft idxalındakı (28,77 mln. ton) payı 13% təşkil edib.
Hesabat dövründə “Azeri Blend” neftinin idxalı 23,8% artaraq 1,66 milyon tona çatıb, “Azeri Light” brendinin tədarükü isə 44,3% azalaraq 2,07 milyon ton olub. İtaliyanın ən böyük xammal tədarükçüsü 7,39 milyon tonla Liviya olub. İkinci pillədə qərarlaşan Azərbaycandan sonra Qazaxıstan (3,61 mln. ton), ABŞ (3 mln. tondan çox) və Səudiyyə Ərəbistanı (2,32 mln. ton) sıralanıb.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026