11:31 - 9.09.2026
9 Sentyabr, Fineko/abc.az. Qlobal neft emalı sektorunda kəskin dizel qıtlığı fonunda analitiklər və treyderlər yaxın aylarda təklifin daralacağı və qiymətlərin rekor səviyyədə qalacağı barədə xəbərdarlıq edirlər.
Yaxın Şərq və Rusiyadan qlobal bazara yanacaq ixracı gündəlik 2 milyon barel azalıb. AİB-də ("Asya Pasifik Petrol Konferansı") çıxış edən "Vitol Group"un baş icraçı direktoru Rassell Hardi bildirib ki, digər regionların NEZ-ləri maksimum güclə işləsə də, emal gücləri çatışmazlığı ehtiyatların sürətlə tükənməsinə gətirib çıxarır.
Dünya iqtisadiyyatının hərəkətverici qüvvəsi sayılan dizelin ICE üzrə istinad qiymətindəki artımı "Brent" markalı xam neftin bahalaşmasını iki dəfədən çox üstələyib.
ABŞ-da pərakəndə dizel qiymətləri 2022-ci ilin iyun ayındakı tarixi pik həddini keçib. Eyni zamanda, NEZ-lərin uzun müddət həddindən artıq yüklənmə ilə çalışması avadanlıqların sıradan çıxması və kütləvi qəzalar riskini artırır.
"Kuwait Petroleum"un nümayəndəsi Şeyx Xalid əl-Sabah analitiklərlə razılaşaraq vurğulayıb ki, mövcud neft emalı sistemi ilin sonunadək tab gətirə bilsə, bu böyük uğur olacaq və yaxın vaxtlarda kəskin yanacaq qıtlığı yarana bilər.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026