09:32 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiymətləri artmaqda davam edir: Brent 99,02 dollara, WTI isə bir barel başına 93,93 dollara qədər bahalaşıb.
Saat 09:27-yə olan məlumata görə, "ICE Futures Europe" birjasında Brent neftinin noyabr fyuçersi 1,10 dollar (1,12%) artaraq bir barel üçün 99,02 dollar təşkil edib. Sentyabrın 8-də keçirilən hərracların yekununda isə müqavilənin qiyməti 0,92 dollar (0,95%) artaraq 97,92 dollar olmuşdu.
"New York Mercantile Exchange" (NYMEX) birjasında WTI neftinin oktyabr fyuçersi saat 09:27-yə qədər 0,90 dollar (0,97%) bahalaşaraq bir barel üçün 93,93 dollara yüksəlib. Bir gün əvvəl isə bu müqavilə 0,53 dollar (0,57%) artaraq 93,03 dollar təşkil etmişdi.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026