PAŞA Holdinqin quşçuluq şirkətində yenidən təşkilatlama - Şirkətlər birləşir

12:04 - 8.09.2026


8 sentyabr, Fineko/abc.az. "APC Nova Company" MMC fəaliyyətinə xitam verilərək "Azerbaijan Poultry Company" MMC-yə qoşulur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar ikinci şirkət yenidən təşkil edilir.

"Azerbaijan Poultry Company" 2012-ci ildə ləğv edilmiş "Ucar Aqro" MMC-nin bazasında yaradılıb, "PAŞA Holdinq" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 74 455 200 manatdır. Şirkət "Mərcan" markalı toyuq ətinin istehsalı ilə məşğuldur.