12:10 - 2.09.2026
2 sentyabr, Fineko/abc.az. Regionlarda çalışan həkimlər üçün əlavə maliyyə stimulları və yeni bonus mexanizmi tətbiq olunacaq.
TƏBİB-in icraçı direktoru Anar Bayramovun sözlərinə görə, həkim çatışmazlığı olan regionlarda (Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla) fəaliyyətin həvəsləndirilməsi üçün yeni addımlar atılır.
Əsas yeniliklər:
1,3 Əmsallı Bonuslar: Cərrahiyyə, stasionar terapiya, reabilitasiya, anesteziya və invaziv radiologiya xidmətləri üzrə dəyişən bonus ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək.
Ambulator Xidmətlərdə Yeni İllik/Aylıq Əlavə: Hər pasiyentə görə ödənilən kiçik faizlər ləğv edilərək, aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə ilə əvəzlənəcək.
Keyfiyyət və Pasiyent Məmnunluğu: Xidmət keyfiyyəti yüksək olduqca həkimin alacağı həvəsləndirici ödənişlər də artacaq.
Bu mexanizm regionlarda çalışan həkimlərin sabit maaşla yanaşı, fəaliyyət nəticələrinə görə də daha yüksək gəlir əldə etməsinə imkan verəcək.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026