İlham Əliyev: "Cənubi Qafqaz münaqişə zonasından sülh zonasına çevrilməkdədir"

14:50 - 1.09.2026


1 Sentyabr, Fineko/abc.az. "Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular."

Bu fikirləri Azərbaycan  Prezidenti İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən görüşdəki çıxışı zamanı bildirib.

Dövlət başçısı vurğulayıb ki, atılan bu tarixi addım sayəsində onilliklər ərzində çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi artıq sülh və sabitlik zonasına çevrilməkdədir.