Şuşadakı abidələrin pasportlaşdırılması ilə bağlı tender keçirilir

15:53 - 31.08.2026


31 avqust, Fineko/abc.az. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində yerləşən tarixi və mədəni abidələrin pasportlaşdırılması xidmətinin satın alınması üzrə açıq tender elan edib.

Tenderdə iştirak haqqı 250 manat təşkil edir. İddiaçılar öz tender təkliflərini 18 sentyabr 2026-cı il tarixi, saat 15:00-dək təqdim etməlidirlər. Zərflərin açılışı proseduru da həmin gün saat 15:00-da baş tutacaq.

Əlaqələndirici şəxs: Babək Kərimli Telefon: (+994) 70 203 05 20 E-poçt: [email protected] Ünvan: Şuşa şəhəri