Rusiya dizel yanacağının ixracına qoyulan qadağanı sentyabrın 30-dək uzatdı

12:00 - 30.08.2026


30 avqust, Fineko/abc.az. Rusiya hökuməti daxili akaryakıt bazarında sabitliyi qorumaq məqsədilə dizel, gəmi yanacağı və qazoylin ixracına qoyulan məhdudiyyətin müddətini 30 sentyabr tarixinədək uzadıb.

Nazirlər Kabinetinin yaydığı rəsmi bəyanatda bildirilir ki, müxtəlif yanacaq növləri üzrə məhdudiyyətlər müxtəlif müddətlərə şamil edilir. Belə ki, benzin ixracına qoyulan qadağa 31 yanvar 2027-ci il, təyyarə yanacağının (reaktiv yanacaq) ixracı üzrə kəsir və məhdudiyyətlər isə 30 noyabr tarixinədək qüvvədə qalacaq.

Ukrayna PUA-larının Rusiya neft emalı zavodlarına etdiyi hücumlar nəticəsində bir çox müəssisələrin təmirə dayanması ölkənin bəzi regionlarında yanacaq satışına məhdudiyyətlərin tətbiq olunmasına gətirib çıxarıb.