BVF rəhbərindən sabitkoinlər üçün qlobal tənzimləmə çağırışı

10:00 - 30.08.2026


30 avqust, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva tokenizasiya və sabitkoinlərin (stablecoin) qlobal maliyyə sistemini daha çevik və axıcı etmək potensialına malik olduğunu, lakin bu keçidin yeni risklər yarada biləcəyini vurğulayıb.

BVF rəhbəri bu sahədə beynəlxalq səviyyədə vahid siyasətin və hüquqi tənzimləmə mexanizmlərinin işlənib hazırlanmasının vacibliyini qeyd edib. Georgiyevanın sözlərinə görə, rəqəmsal aktivlər bazarlarında maliyyə sabitliyini qorumaq və investorların hüquqlarını təmin etmək üçün ölkələrarası koordinasiyalı addımların atılması zəruridir.