İran diplomatik xidmət əməkdaşları üçün xüsusi şəraitli ölkələr siyahısına daxil edildi

15:56 - 28.08.2026


28 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Qərarını imzalayıb.

Qərara əsasən, diplomatik nümayəndəlik və konsulluqların fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına İran İslam Respublikası da əlavə edilib.

Sənədə əsasən, bu Qərar 2026-cı il 1 mart tarixindən tətbiq edilir və 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir.