Dövlət büdcəsinin xərcləri 20,1 milyard manatı ötüb

09:46 - 11.08.2026


11 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin xərcləri 20 milyard 174,4 milyon manat məbləğində icra edilib.

Maliyyə Nazirliyinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 229,8 milyon manat və ya 1,2% çoxdur.

Hesabat dövründə xəzinədarlıq orqanları tərəfindən 748 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra olunub, xəzinə əməliyyatlarına dair müraciətlərin sürətli və xətasız icrası təmin edilib.