Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2027-ci ilə qədər uzatdı

19:23 - 26.06.2026


26 iyun, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Rusiya Federasiyasına qarşı tətbiq edilən iqtisadi sanksiyaların qüvvədə olma müddətini daha 12 ay uzadıb.

ABC.AZ Brüsseldən daxil olan rəsmi məlumatlara istinadən xəbər verir ki, qəbul edilmiş yeni qərara əsasən, sanksiya paketinin müddəti 2027-ci il iyulun 31-nə qədər uzadılıb.

Bu addım Avropa Şurasının 2026-cı il iyunun 18-19-da keçirilmiş sammitinin yekunlarına uyğun olaraq atılıb. Sammit çərçivəsində Aİ liderləri Rusiyaya qarşı mövcud olan genişmiqyaslı iqtisadi və maliyyə məhdudiyyətlərinin daha bir il müddətinə qüvvədə qalması barədə yekdil razılığa gəliblər.