18:42 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin kart bazarı və nağdsız ödəniş dinamikasına dair cari ilin aprel ayının statistik göstəricilərini açıqlayıb.
ABC.AZ rəsmi bülletenə istinadən bazardakı əsas trendləri təqdim edir:
Kart bazarında artım: Aprel ayının sonuna olan məlumata görə, banklar və "Azərpoçt" MMC sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı bir ayda 108 min ədəd artaraq 22 milyon 518 min ədədə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% artım deməkdir. Debet kartlarının sayı 11% artsa da, kredit kartlarının sayı 11% azalıb.
Nağdsız ödənişlər və elektron ticarət: İlin əvvəlindən bəri ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövriyyəsi ilə müqayisədə 16% yüksəlib. Təkcə aprel ayında kartlarla ölkədaxili nağdsız ödənişlərin həcmi 9,094 milyard manat təşkil edib. Bu məbləğin mütləq əksəriyyəti – 7,969 milyard manatı məhz elektron ticarətin (e-commerce) payına düşüb.
BKM əməliyyatlarında azalma: Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə apreldə 1,7 milyon avro dəyərində 15.900 ödəniş əməliyyatı emal olunub. Bu, ötən ilin apreli ilə müqayisədə təxminən 5.100 əməliyyat (24,3%) və 900.000 avro azdır. İlin ilk dörd ayında isə BKM vasitəsilə cəmi 2,6 milyon avro dəyərində 21.000 əməliyyat həyata keçirilib.
12 İyun 2026
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026