10:24 - 8.05.2026
8 may, Fineko/abc.az. Ötən ilin nəticələrinə görə ABB-nin kredit portfelində artımlar müşahidə olunub.
ABC.AZ xəbər verir ki, bunu ABB-nin Dayanıqlılıq Hesabatına dair mətbuat konfransında Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
O qeyd edib ki, Bankın aktiv müştərililərinin sayı 15 faiz artıb:
"2025-ci il ABB-nin 34 illiyidir. Biz bu strateji dövrü uğurla başa vurduq.
Qeyd edim ki, gələcəyin bankçılığı süni intellekt olacaq. Biz ABB olaraq nəinki ölkədə hətta beynəlxalq aləmdə ilkləri tətbiq edirik. Bununla bağlı 180 yeniliyimiz var.
Uzun zamandır Özbəkistan bazarına daxil olacağımıza bağlı məlumatlar verirdik. Artıq bununla bağlı da böyük irəliləyiş var. Biz məqsədimiz orada özəl bankın yaradılması idi. Artıq bununla bağlı konkret addımlar atmışıq. Orada olacaq Bankımızın adı Davır olacaq".
Müəllif: Elmir Muradov