17:11 - 29.04.2026
29 aprel, Fineko/abc.az. 4 may 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun (İKZF) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən ABC.AZ-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması birjanın ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
Emissiyanın əsas parametrləri aşağıdakı kimidir:
• Emissiya həcmi: 50 000 000 manat
• İstiqrazın nominal qiyməti: 1 000 manat
• Hərrac qiyməti: 1 000 manat
• İllik faiz dərəcəsi: 3.00%
• Tədavül müddəti: 7560 gün
• Faiz ödəniş dövrü: Hər 180 gündən bir (6 aydan bir)
• ISIN kodu: AZ2110008680
• Anderrayter: “İnvest-Az İnvestisiya Şirkəti” QSC
Qeyd edək ki, İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazları uzunmüddətli və sabit gəlirli investisiya aləti hesab olunur. Maraqlı tərəflər hərracda iştirak etmək üçün birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
24 İyun 2026