10:26 - 29.04.2026
29 aprel, Fineko/abc.az. Bank sektorunda unikal müddətli əmanətçilərin sayı yüksəlib.
ABC.AZ xəbər verir ki, mart ayı ərzində göstərici 2.7% və ya 5 min 387 nəfər artaraq 207.5 min nəfərə çatıb.
İlin əvvəlindən artım 6.9% və ya 13 min 335 nəfər olub. Hüquqi şəxslərin tələbli depozitləri 15.86 milyard manat səviyyəsində formalaşıb və bu kateqoriya hüquqi şəxslərin ümumi depozit portfelinin 75.6%-nə bərabər olub.
2026-cı ilin ilk rübündə banklar 521 milyon manat əməliyyat mənfəəti, 372 milyon manat xalis mənfəət əldə edib və həmin dövrdə 84.6 milyon manat məbləğində mənfəət vergisi ödəyib.
Monetar göstəricilərdə də artım qeydə alınıb. Mart ayında manatla geniş pul kütləsi (M2) illik müqayisədə 12.5% artaraq 40 milyard manata yüksəlib. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən 467 milyon manat azalaraq 2.79 milyard manat olub. Bu azalma əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və xarici bankların qısamüddətli depozitləri üzrə öhdəliklərin aşağı düşməsi ilə əlaqələndirilir.
Müəllif: Elmir Muradov