Bir çox göstəricilər üzrə geriləyən BOKT - Hesabat

15:07 - 27.04.2026


27 aprel, Fineko/abc.az. “Caspian İnvest” bank olmayan kredit təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, şirkətin haqq və komissiya xərcləri 11 min 339 manat (11%) azalaraq 91 min 816 manata düşüb.

İnzibati və digər əməliyyat xərclərinin həcmi 1 milyon 849 min manat olmaqla son bir ildə 728 min manat və ya 65% artıb.

Şirkət ötən il 242 min 68 manat mənfəət vergisi ödəyib ki, bu da, illik müqayisədə 121 min 605 manat (33,4%) azdır.

Hesabat dövrünün sonunda şirkətin öhdəliklərinin həcmi 6 milyon 690 min manat olub. Bu da, 2024-cü ilin sonuna nəzərən 2 milyon 288 min manat (25,5%) azdır.

Müəllif: Elmir Muradov